RU

Qarabağ Sabah la heç heçə etdi

ain.az bildirir, Axar.az portalına istinadən.

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Axar.az xəbər verir ki, günün son matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Pedro Bikalyo, Kevin Medina və Musa Qurbanlı fərqləniblər. "Sabah"ın qollarını isə Xəyal Əliyev, Aaron Maluda və Coy-Lens Mikels vurublar.

Turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Turan Tovuz" "Azərsun Arena"da "İmişli"ni sınağa çəkib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) oyunları isə heç-heçə ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
axar.az

3Источники