RU

Baş məşqçi komandasının matçını tribunadan izləyə bilər

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baş məşqçi komandasının matçını tribunadan izləyə bilər

"Lids"in baş məşqçisi Daniel Farke "Mançester Siti" ilə oyundan (0:1) sonra aldığı qırmızı vərəqə ilə bağlı apelyasiya şikayəti verəcək.

QOL.az xəbər verir ki, "Daily Mirror" nəşrinin məlumatına görə, final fitindən sonra referi Peter Bankes Farkeyə qırmızı vərəqə göstərib. 

Almaniyalı mütəxəssisin sözlərinə görə, bu qərar verilməzdən əvvəl o, bir kəlmə belə deməyə imkan tapmayıb. Mütəxəssis kamera görüntülərinin onun günahsızlığını sübut edəcəyinə və bir oyunluq diskvalifikasiyadan xilas olmasına kömək edəcəyinə əmindir.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının bu müraciətə dərhal baxmaq ehtimalı azdır. Bu isə o deməkdir ki, Farke böyük ehtimalla gələn çərşənbə axşamı "Elland Roud"da "Sanderlend"ə qarşı keçiriləcək vacib matçda komandasının yanında ola bilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
155
2
qol.az

3Источники