RU

ABŞ İranın Oman körfəzi sahilindəki hərbi bazasına zərbə endirib

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Oman körfəzi sahilində, İranın cənub-şərqində yerləşən Konarak şəhərindəki hərbi-dəniz bazası ABŞ zərbələrindən sonra ciddi dağıntılara məruz qalıb.

BAKU.WS xəbər verir ki, hücum nəticəsində bazanın infrastrukturunda ziyan yaranıb, bəzi hərbi obyektlərə və texniki qurğulara zərbə dəyib.

Hadisədən sonra əraziyə təhlükəsizlik qüvvələri və xilasedicilər cəlb olunub, vəziyyətin qiymətləndirilməsi və mümkün itkilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Konarakdakı bu strateji obyekt İranın Oman körfəzindəki hərbi mövcudluğu baxımından mühüm əhəmiyyət daşıyır və regiondakı təhlükəsizlik balansında xüsusi rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
baku.ws

2Источники