RU

Tramp: İranla müharibə dörd həftə davam edə bilər...

ABŞ Prezidenti mümkün hərbi əməliyyatların müddəti və danışıqlar perspektivi barədə danışıb...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Daily Mail nəşrinə müsahibəsində İranla müharibənin mümkün müddəti ilə bağlı açıqlama verib. O bildirib ki, hərbi əməliyyatların təxminən dörd həftə davam edə biləcəyi ehtimal olunur.

“Bu, hər zaman dörd həftəlik proses kimi nəzərdə tutulmuşdu. Biz düşünürdük ki, bu, dörd həftə və ya təxminən o qədər çəkəcək. Bu, böyük ölkədir, lakin proses dörd həftə və ya daha az davam edəcək”, deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp indiyədək həyata keçirilən zərbələrin nəticələrinin onu təəccübləndirmədiyini də qeyd edib. Onun sözlərinə görə, əməliyyatlar plan üzrə davam edir.

“Xeyr, düşünürəm ki, hər şey plana uyğun gedir. Bildiyiniz kimi, biz onların bütün rəhbərliyini məhv etdik. Bu düşündüyümüzdən qat-qat çoxdur. Görünür, 48 nəfərdir”, deyə ABŞ prezidenti bildirib.

Eyni zamanda, ABŞ Prezidenti İranla gələcək danışıqlara açıq olduğunu bəyan edib. Bununla belə, o, belə görüşlərin yaxın vaxtlarda baş tutub-tutmayacağı barədə dəqiq fikir səsləndirməyib.

“Mən bilmirəm. Onlar danışmaq istəyirlər, amma mən dedim ki, keçən həftə danışmalı idiniz, bu həftə yox”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında artan gərginlik fonunda tərəflərin hərbi və diplomatik ritorikası daha da sərtləşib. Ekspertlər hesab edirlər ki, qarşıdakı həftələr regionda vəziyyətin taleyini müəyyənləşdirəcək əsas mərhələ ola bilər.

Poliqon.info

Избранный
24
poliqon.info

1Источники