RU

Jorji Jezuş: “Ronaldunu riskə atmaq istəmədim”

Səudiyyənin “Əl-Nəsr”in baş məşqçisi Jorji Jezuş Səudiyyə Pro Liqasının 24-cü turunda “Əl-Feyha” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra Kriştianu Ronaldunun vəziyyəti barədə danışıb. Təcrübəli mütəxəssis hücumçunun zədə səbəbindən əvəzlənməsinə münasibət bildirib.

İdman.Biz “A Bola” nəşrinə istinadla xəbər verir ki, Jezuş ulduz futbolçunu qorumaq üçün bu addımı atdığını vurğulayıb.

“O, əzələ ağrısı hiss etdi. İkinci qolu vurduqdan sonra mən risk etmək istəmədim və onu əvəzlədim. Tibbi departament təbii ki, onun vəziyyətini qiymətləndirəcək, lakin o, sadəcə əzələ yorğunluğu hiss edirdi. Məşqçi kimi işim oyunun detallarını dəqiq anlamaq və düzgün vaxtda dəyişikliklər etməkdir. Lakin bunun üçün oyunun taleyini həll edə biləcək oyunçulara da ehtiyac var”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, matçın 11-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyən Kriştianu Ronaldu 81-ci dəqiqədə sağ ayağındakı problem səbəbindən meydanı tərk etməli olub.

Cari mövsümdə Ronaldu “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Избранный
58
1
idman.biz

2Источники