
ABŞ Prezidenti Donald Tramp, ölkənin yeni rəhbərliyi praqmatik olacağı təqdirdə, İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilə biləcəyini istisna etməyib.
AFN.az xəbər verir ki, bu barədə o, "The New York Times" (NYT) qəzetinə müsahibəsində bildirib.
Bununla belə, Tramp ABŞ-ın hazırkı İran hakimiyyətini devirməyə çalışanlara hər hansı dəstək verib-verməyəcəyini dəqiqləşdirməyib. "Mən nə bu, nə də digər tərəfə dair heç bir öhdəlik götürmürəm. Hələ çox tezdir", - deyə nəşr Ağ Ev rəhbərinin sözlərini sitat gətirib. O əlavə edib ki, görülən işlər qrafiki xeyli qabaqlayır.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla bir çox şəhərlər zərbələrə məruz qalıb. Ağ Ev bu addımı İrandan gələn raket və nüvə təhlükəsi ilə əsaslandırıb.
İran dövlət televiziyası ölkənin Ali Rəhbəri Əli Xameneinin iqamətgahına endirilən zərbə nəticəsində öldüyünü bildirib, ölkədə 40 günlük matəm elan edilib.