Bakı. Trend:
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin – Qətər, SəudiyyəƏrəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreyn xarici işlər nazirlərivirtual iclas keçirərək İranın zərbələrinə cavab vermək hüququnuözlərində saxladıqlarını bildiriblər.
Trend-inməlumatına görə, bu barədə Şuranın bəyanatında deyilir: “Körfəzdövlətləri öz təhlükəsizlik və sabitliyini, eləcə də ərazilərini,vətəndaşlarını və daimi sakinlərini qorumaq üçün bütün lazımitədbirləri görəcək, o cümlədən təcavüzə cavab vermək imkanını təminedəcəklər”.
Nazirlər vurğulayıblar ki, ölkələri beynəlxalq hüquqa uyğunolaraq “qanuni cavab vermək hüququnu və özünümüdafiə hüququnu”qoruyub saxlayırlar.
Onlar, həmçinin İranı hücumları dərhal dayandırmağaçağırıblar.
Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnızregional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyinfundamental əsaslarından biridir.
Sənəddə əlavə olunub ki, Ərəb Liqasına üzv dövlətlər də İranınhücumlarını pisləyiblər və bu addımları “beynəlxalq qanunların vəkonvensiyaların, eləcə də beynəlxalq hüquq prinsiplərinin kobudşəkildə pozulması” kimi qiymətləndiriblər.