RU

Ukrayna prezidenti: “Moskva Rusiya-İran dizaynlı drondan istifadə edir”

Rusiya üç qış ayı ərzində Ukraynaya qarşı 34 mindən çox mərmi atıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski iddia edib. O qeyd edib ki, təkcə qışın son həftəsində Rusiya Ukraynaya qarşı 1720-dən çox hücum dronundan, təxminən 1300 idarə olunan bombadan və 100-dən çox müxtəlif növ raketdən istifadə edib".

Dövlət başçısının sözlərinə görə, üç qış ayı ərzində Rusiya qüvvələri 14 min 670-dən çox idarə olunan bomba, 738 raket və təxminən 19 min Rusiya-İran dizaynlı “Şahed” tipli hücum dronundan istifadə edib. Eyni dronlar hazırda İran tərəfindən Yaxın Şərqdə istifadə edilir”.

Ukrayna prezidenti sonda bildirib ki, şərə qarşı dünyanın hər yerində mübarizə aparılmalıdır:

“ABŞ və onun tərəfdaşları kifayət qədər qətiyyət göstərdikdə, hətta ən qaniçən diktatorlar belə sonda cinayətlərinə görə məsuliyyət daşıyacaqlar".

"France-Presse" (AFP) agentliyinin Ukrayna məlumatlarının təhlilinə görə, Rusiya qüvvələri fevral ayında Ukraynaya 288 raket atıb ki, bu da yanvar ayında atılan 135 raketlə müqayisədə təxminən 113% artım deməkdir. Bu, Ukraynaya qarşı atılan ən yüksək raket sayıdır. Əvvəlki rekord 2025-ci ilin oktyabrında qeydə alınıb, o zaman Kiyevin məlumatına görə, Rusiya ordusu gecə hücumları zamanı ölkəyə 270 raket atıb.

Aydın Baxış

Избранный
9
1
bakivaxti.az

2Источники