RU

İngilis klubu müdafiəçisi ilə yeni müqavilə bağladı

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sanderlend" müdafiəçisi Daniel Ballardla yeni müqavilə imzalayıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

26 yaşlı şimali irlandiyalı futbolçu 2022-ci ilin iyulundan "Sanderlend"də çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 25 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ballard karyerası ərzində "Milluoll", "Blekpul" və "Arsenal"dan icarə əsasında yollandığı "Svindon Taun" kimi klubların formasını geyinib. "Transfermarkt" portalı onun transfer dəyərini 16 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
sport24.az

1Источники