RU

Xameneidən sonra Azərbaycan İran münasibətləri hansı istiqamətdə davam edəcək?

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Ali Lideri Əli Xameneinin ölümü ölkə üçün sadəcə bir lider itkisi deyil, 1979-cu ildən bəri davam edən mərkəzləşmiş ideoloji idarəetmə modelində mühüm qırılma anıdır. Hazırda yeni ali rəhbərin seçilməsi üçün Ekspertlər Məclisi tərəfindən idarəetmə mexanizmləri işə düşüb.

Siyasi şərhçi Turab Rzayev mövzu ilə bağlı Baku TV-yə verdiyi açıqlamada İranın gələcək taleyi və region ölkələri ilə münasibətlərin mümkün ssenarilərini şərh edib.

Şərhçinin sözlərinə görə, əgər yeni rəhbərlik daxili legitimliyi qorumaq üçün iqtisadi nəfəsə ehtiyac duyarsa, qonşularla gərginliyi azaltmağa çalışa bilər. Bu addım Azərbaycan üçün praktiki sahələrdə nisbi rahatlıq yaradar.

Digər tərəfdən, keçid dövrünün uzanması və güc mərkəzləri arasında rəqabətin artması ehtimalı da mövcuddur. Belə olan halda, Azərbaycana təsir daha çox sərhəd təhlükəsizliyi, informasiya təxribatı riski və humanitar axın istiqamətlərində hiss oluna bilər. Bakının hazırkı davranışı da məhz bu risklərə fokuslanıb: rəsmi xəbərdarlıqlar, vətəndaşların İrana səyahət etməməsi çağırışı və gərginliyin artmaması üçün nümayiş etdirilən diplomatik mövqe.

Turab Rzayev qeyd edir ki, regional gərginlik fonunda İranın bəzi ərəb ölkələri kimi İsrail ilə münasibətləri hətta simvolik və ya gizli şəkildə olsa da, normallaşdırması qonşu ölkələr üçün təhlükəni azalda bilər. Bu halda İran artıq Azərbaycanı "İsrail ilə əməkdaşlıq"da birbaşa ittiham etməkdən çəkinəcək.

Eyni zamanda, İranın Qərblə əməkdaşlığa başlaması ölkəyə milyardlarla dollar həcmində iqtisadi imkanlar və yeni texnologiyalar gətirə bilər. Lakin bu güclənmə İranın gələcəkdə həm Türkiyəyə, həm ərəb ölkələrinə, həm də digər qonşularına qarşı ambisiyalarını artıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
1
baku.ws

2Источники