RU

Körfəzdə gərginlik artır: yüzlərlə PUA vurulub, limanlar bağlanır

Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi fonunda region ölkələri həm müdafiə tədbirlərini gücləndirir, həm də iqtisadi təhlükəsizlik addımları atırlar.

BAKU.WS xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi açıqlayıb ki, qarşıdurma başlayandan bəri İran ərazisindən buraxılan 500-dən çox pilotsuz uçuş aparatı və 150-dən artıq raket zərərsizləşdirilib.

Rəsmi məlumata görə, 541 PUA-dan 506-sı, 165 ballistik raketdən isə 152-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, qalanları dənizə düşüb.

Bu arada, Körfəz Əməkdaşlıq Şurası ölkələri – Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı – birgə bəyanat yayaraq təhlükəsizliklərini qorumaq üçün bütün zəruri addımları atmağa hazır olduqlarını bildiriblər.

Gərginlik iqtisadi sahəyə də təsir edib. Britaniyanın "Financial Times" nəşrinin məlumatına görə, regionda bir sıra əsas limanlar fəaliyyətini müvəqqəti dayandırıb. Bəhreyn limanları tam bağlanıb, Omanda yerləşən "Duqm" limanında əməliyyatlar dayandırılıb. Həmçinin, qlobal operator "DP World" Dubaydakı "Cəbəl Əli" limanında fəaliyyətə fasilə verib. Bildirilir ki, hava hücumundan müdafiə sistemlərinin işə düşməsindən sonra düşən PUA qalıqları liman ərazisində yanğına səbəb olub.

Bəzi ölkələrdə isə limanlar hələlik açıq qalır. Regionda vəziyyətin necə inkişaf edəcəyi qlobal enerji və ticarət bazarları üçün də həlledici əhəmiyyət daşıyır.

Избранный
18
1
far.az

2Источники