RU

Bu ölkələr İranın hərbi imkanlarına qarşı müdafiəyə hazırdır

Fransa, Almaniya və Böyük Britaniya liderləri İranın cavab zərbələri fonunda zəruri və proporsional müdafiə tədbirləri görməyə hazır olduqlarını bəyan ediblər. Məqsəd İranın hərbi imkanlarını mənbəyində məhv etməkdir.

Adalet.az xəbər verir ki, bu barədə üç ölkəni birləşdirən E3 qrupu yaydığı birgə bəyanatda bildirib:

“Regiondakı maraqlarımızı və müttəfiqlərimizin maraqlarını müdafiə etmək üçün addımlar atacağıq”.

Bəyanatda qeyd olunur ki, bu tədbirlər potensial olaraq İranın raket və pilotsuz uçuş aparatları buraxmasının qarşısını almağı əhatə edə bilər.

Tehran şənbə günü başlayan ABŞ və İsrail hücumlarına cavab olaraq bir sıra qonşu ölkələrə, xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərə və İsrailə genişmiqyaslı zərbələr endirib. Xilasetmə xidmətlərinin məlumatına görə, bazar günü İsraildə doqquz nəfər həlak olub.

Avropa liderləri bu hücumları kor-koranə və qeyri-proporsional adlandıraraq, ilkin hərbi əməliyyatda iştirak etməyən Yaxın Şərq ölkələrinin hədəfə alınmasından dəhşətə gəldiklərini bildiriblər.

Birgə bəyanatda vurğulanır ki, zərbələr ən yaxın müttəfiqləri hədəfə alıb və region boyunca hərbi personal və mülki vətəndaşlar üçün təhlükə yaradır. Berlin, Paris və London müdafiə tədbirlərini ABŞ və bölgədəki tərəfdaşları ilə müzakirə edəcəklərini açıqlayıb.

Bununla yanaşı, Kir Starmer bildirib ki, London ABŞ-ın müraciəti əsasında Britaniya hərbi bazalarından İranın raket obyektlərinə zərbələr endirilməsi üçün istifadəyə icazə verib. Lakin o, Böyük Britaniyanın İranda hücum xarakterli əməliyyatlarda iştirak etməyəcəyini vurğulayıb.

Baş nazir X sosial şəbəkəsində yayımlanan videomüraciətində əlavə edib: “Hamımız İraqda buraxılan səhvləri xatırlayırıq və onlardan nəticə çıxarmışıq”.

Избранный
20
6
adalet.az

7Источники