RU

Əməliyyatdan sonra yara izi necə tez sağala bilər? - ARAŞDIRMA

ABŞ-nin Thomas Jefferson University alimləri müəyyən ediblər ki, soyuq plazma ilə toxumaların işlənməsi əməliyyatlardan sonra sağalma prosesini sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Advanced Therapeutics (AdvT) jurnalında dərc olunub.

Soyuq plazma aşağı temperaturlu ionlaşmış qazdır. O, artıq cərrahiyyə və dermatologiyada, o cümlədən yaraların işlənməsi, çapıqların korreksiyası və dərinin cavanlaşdırılması məqsədilə tətbiq olunur. Lakin indiyədək onun canlı toxumalara təsir mexanizmi tam aydın deyildi.

Təcrübə zamanı tədqiqatçılar siçovullarda əməliyyat yaralarını soyuq plazma yaradan xüsusi cihazla emal ediblər. Cəmi altı saat sonra zədələnmiş nahiyədə neytrofillərin travma yerinə ilk çatan və bərpa prosesini başladan immun hüceyrələrinin sayının artdığı müşahidə olunub.

Alimlər müəyyən ediblər ki, plazma aktiv oksigen formalarının qısamüddətli artımına səbəb olur. Bu molekullar immun sistem üçün siqnal rolunu oynayaraq sağalma mexanizmlərini aktivləşdirir. Başqa sözlə, texnologiya orqanizmi daha tez bərpa prosesinə başlamağa “stimullaşdırır”.

Toxuma analizləri göstərib ki, plazma ilə işlənmədən sonra əzələ regenerasiyası ilə əlaqəli genlərin və siqnal yollarının fəaliyyəti güclənir. İki həftə sonra müalicə alan heyvanlarda sağalan toxumada daha az piy yığılması və normal əzələ bərpasının daha çox əlamətləri qeydə alınıb. Bu da dermatoloji prosedurlardan sonra pasiyentlərin dərinin elastikliyinin artdığını qeyd etməsini izah edə bilər.

Alimlər bildirirlər ki, regenerasiyanı stimullaşdırmaqla yanaşı, soyuq plazma antibakterial təsirə də malikdir. Gələcək tədqiqatlarda plazmanın standart antibiotiklərlə birgə tətbiqinin infeksiya riskini azaldıb-azaltmadığı və cərrahi müalicənin nəticələrini yaxşılaşdırıb-yaxşılaşdırmadığı araşdırılacaq.

Nuriyyə NATİQQIZI

Избранный
21
1
redaktor.az

2Источники