RU

Almaniyanın xarici işlər naziri: Yaxın Şərqdə eskalasiya uzun müddət davam edə bilər

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 2 mart, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Yaxın Şərqdə eskalasiyanın uzun müddət davam edə biləcəyini bildirib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir bu barədə “Caren Miosga” verilişində deyib: “Döyüş əməliyyatlarının yaxın günlərdə başa çatacağını proqnozlaşdırmaq mümkün deyil”.

Y.Vadeful bölgədə qalan turistlərlə bağlı suala cavabında regionda hava məkanının bağlı olduğunu vuğrulayaraq bildirib ki, həmin ölkələrdən alternativ yollarla çıxışın təmin olunması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi bütün turizm və nəqliyyat şirkətləri ilə sıx əlaqə saxlayır. “Onlar kommersiya baxımından da geri daşınmanın mümkün olmasına görə məsuliyyət daşıyırlar. Lakin Xarici İşlər Nazirliyinin bütün əməkdaşları bunun təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər”, - deyə nazir vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Münxen

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
102
1
azertag.az

2Источники