RU

Messi dubl etdi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Messi dubl etdi

Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə “Orlando” ilə qarşılaşıb. 6 qolun vurulduğu görüş “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 4:2. Messi bu görüşdə dubl edib.

"Orlando Siti" - "İnter Mayami" - 2:4

Qollar: Paşaliç, 18, Oxeda, 24 - Silvetti, 49, Messi, 57, 90, Seqoviya, 85

"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer edən "Kolambus Kryu" da mövsümün 2-ci matçında çıxıb. Sözügedən komanda "Sportinq Kanzas"la heç-heçə edib - 2:2. 

Qeyd edək ki, Nəriman Axundzadə viza ala bilmədiyi üçün hələlik yeni klubunun düşərgəsinə qoşula bilməyib.

“İnter Mayami” 2 turdan sonra 3 xalla 7-ci, "Kolambus Kryu" 1 xalla 8-ci sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
159
1
qol.az

2Источники