RU

Maştağada "ölüm tələsi": Sürücülər hər gün qəza riski ilə üzləşirlər - VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yolun bir hissəsinin dağılması sürücülər üçün çətinlik yaradır və təhlükəli vəziyyətə səbəb olur.

HİT.az Xəzər TV-yə istinadən xəbər verir ki, təhlükəli vəziyyətlə bağlı görüntülər yayılıb.

Kadrlardan aydın görünür ki, yolun asfalt qatının dağılması nəticəsində motosiklet sürücüsü son anda qəzadan yayına bilib.

Sürücülər bildirirlər ki, sutkanın qaranlıq vaxtlarında təhlükə daha da artır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problem araşdırılacaq və ictimaiyyətə əlavə məlumat veriləcək.


 

Избранный
13
2
hit.az

3Источники