Ballistik raket kompleksləri hədəf mərkəzində
Əməliyyatların əsas prioriteti İranın ballistik raket infrastrukturunun sıradan çıxarılmasıdır. CENTCOM tərəfindən yayımlanan digər görüntülərdə İranın strateji raket rampalarının və buraxılış qurğularının dəqiqliklə vurulduğu müşahidə edilir. Siyah-beyaz videoyazılarla təqdim edilən bu görüntülər, raket sistemlərinin imha edilmə anını anbaan nümayiş etdirir. Komandanlıq qeyd edir ki, İranın ballistik raket texnologiyasından qeyri-məsuliyyətli istifadəsi onilliklərdir ki, regionda qeyri-sabitlik yaradır: "İran rejiminin ballistik raketləri pervasızcasına yayması və onlardan təhdid vasitəsi kimi istifadə etməsi həm ABŞ, həm də strateji müttəfiqlərimiz üçün illərdir təhlükə törədirdi".Donald Trampın birbaşa göstərişi
Məlumatda xüsusi olaraq qeyd edilir ki, bu hərbi əməliyyatlar ABŞ Prezidenti Donald Trampın birbaşa təlimatı ilə həyata keçirilir. CENTCOM-un bəyanatında bu barədə deyilir: "İndi, Prezident Donald Trampın talimatı ilə ABŞ qüvvələri bu qlobal və regional təhdidi kökündən ortadan qaldırmaq üçün hərəkətə keçib".Ekspertlər bu hücumların İranın hərbi gücünə ciddi zərbə vurduğunu və bölgədəki hərbi balansın dəyişə biləcəyini qeyd edirlər. Hazırda əməliyyatın nəticələri və növbəti mərhələləri ilə bağlı rəsmi Vaşinqtondan əlavə açıqlamalar gözlənilir.