Azərbaycan Premyer Liqasının XXII turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.
Msport.az xəbər verir ki, bu, “Qarabağ” – “Sabah” matçında baş verib.
Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Buna qədər mövsümün rekordu 12-ci turda – “Sumqayıt” – “Qarabağ” (2:4) matçında qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun keçirilən görüşü 9100 azarkeş tribunalarından izləmişdi.