RU

Premyer Liqa klubundan 3 bıçaq yarası alan futbolçusu ilə bağlı SON QƏRAR

«Kəpəz»in baş məşqçisi Azər Bağırov təxminən 1 ay öncə bıçaqanan Veysəl Rzayevlə bağlı qərarını verib.

Çalışdırıcı yanvarda «Turan Tovuz»dan dəvət etdiyi yarımmüdafiəçinin xidmətində artıq maraqlı deyil.

Odur ki, onunla müqaviləyə xitam verilməsi gündəmə gəlib.

Rzayev Gəncədə davaya düşüb və 3 bıçaq yarası alıb. Belə ki, o, dostu və iki xanımla birlikdə restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində restoranı tərk ediblər.

İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş əri onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb.

V.Rzayev araya girdiyindən, 3 zərbə alıb. Zərbələrdən biri bədənin sol nahiyəsinə, digərləri isə kürəyinə dəyib, nəticədə ağır yaralanıb.

Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusudur. Nihat Fərəci hazırda II Liqada mübarizə aparan “Şəki Siti”nin formasını geyinir.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hazırda ev şəraitində müalicəsini davam etdirən Rzayev yalnız martın sonlarında məşqlərə başlaya biləcək. Çünki oyunçunun bərpa müddəti yubanır.

Düşərgəyə qayıdandan sonra onun konftraktına qarşılıqlı razılıq əsasında xitam verilməsi nəzərdə tutulub.

Azər Bağırov futbolçunun taleyinə "Sabah"la oyundan sonra aydınlıq gələcəyini bildirsə də, həkimlərin son rəyi planları dəyişib. Bu halda ona

kompensasiya ödəiləcəkmi? Axı Veysəlin kontraktı iyun ayınadək qüvvədədir. Bizdə olan məlumata görə, klub yalnız 2 ayın əməkhaqqısını ödəmək şərtiylə yarımmüdafiəçini göndərmək fikrindədir.

SPORTİNFO.AZ

Избранный
20
sportinfo.az

1Источники