RU

Qurban Qurbanovun qəribə ritorikası təslimçilik, yoxsa futbolçuların üzərindən təzyiqi atmaq metodu?

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Sabah"la dramatik matçdan sonra media qarşısına çıxan Qurban Qurbanov deyib ki, hər il çempion olmaq məcburiyyətində deyillər. Təcrübəli mütəxəssis indiyə qədər də, buna oxşar fikirlər səsləndirib bir neçə dəfə. Amma belə dönəmdə bu cür danışması bir az qəribə gəlir adama... 

Yəni, Qurban Qurbanov mövsümün sonuna hələ bir dövrə qaldığı vaxtda çempionluğun əldən çıxması ilə barışıb? İnandırıcı deyil. Lakin bu cür danışığı ilə sanki mümkün uğursuzluğa hazırlaşdırmış kimi olur ictimaiyyəti. 

Digər versiya budur ki, Qurban Qurbanov futbolçularının üzərində psixoloji təzyiq yaranmasın deyə, belə danışır. Hamı görür ki, "Qarabağ"da aşkar yorğunluq var. Bu, həm fiziki durumla bağlıdır, həm də psixoloji. Çempionluq məcburiyyətində olmadıqlarını deməklə, Qurban Qurbanov futbolçularına mental rahatlıq verməyə çalışa da bilər. 

Hər halda bu mövsüm çempionluq titulunu qorumaq əvvəlki illərdən daha çətin olacaq. Dünənki oyunda 0-3-dən geridönüş edə bilməsəydilər, çempionluq böyük ehtimalla əldən gedəcəkdi. 

Fikrət 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
sportal.az

3Источники