RU

DİN-nin sürücülərə MÜRACİƏTİ - VİDEO

Avstraliyanın xarici işlər naziri Penni Vonq İsrail, Livan, Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdıqlarını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyinin internet saytında dərc olunan bəyanatda Vonq İrandakı hadisələri dəyərləndirib.

Vonq İrana qarşı hücumlarda iştirak etmədiklərini və gələcəkdə də iştirak etmək niyyətində olmadıqlarını bildirib. "Biz Yaxın Şərqdəki problemlərin mərkəzində deyilik", - ifadəsini işlədən Vonq İrana qarşı əvvəllər olduğu kimi, sanksiyalar tətbiq edə biləcəklərini deyib.

Vonq İsrail, Livan, Bəhreyn, Küveyt, Qətər və BƏƏ üçün səyahət xəbərdarlığını ən yüksək hədd olan "səfər etməyin" səviyyəsinə qaldırdıqlarını bildirib. Xarici işlər naziri sözügedən ölkələrdə olan Avstraliya vətəndaşlarına "ölkəni dərhal tərk edin" çağırışı edib.

Избранный
126
cebheinfo.az

1Источники