Paytaxt və regionlarda magistral avtomobil yollarının mühafizə zolaqları boyunca yaşıllaşıllıqların qorulnması işı nəzarətsiz qalmaqdadır. Deyə bilərik ki, illərdir yol infrastrukturu yenilənir, asfalt örtüyü dəyişdirilir, lakin yol kənarındakı ağac və kolların aqibəti diqqətdən kənarda qalır.
Demək olar ki, magistiral yollar boyunca baxəımsız qalan yaşıllıqlar getdikcə məhv olur, bu da ağacların quruması gətirib çıxarır vəhaqlı olaraq cəmiyyətdə ciddi narahatlıq doğurur.
Lakin yol layihələri zamanı mövcud yaşıllıqların qorunması, köçürülməsi və ya kompensasiya əkini məsələləri ya zəif icra olunur, ya da ümumiyyətlə nəzarətsiz qalır. Nəticədə isə:
ağaclar texnika ilə zədələnir,
suvarma sistemi qurulmur,
əkilən yeni tinglər baxımsızlıqdan məhv olur,
Yol genişləndirilməsi adı ilə yaşıllıq sahələri azalır.
Sual yaranır: Yol infrastrukturu inkişaf edirsə, niyə paralel olaraq ekoloji tarazlıq qorunmur?
Yol kənarındakı yaşıllıqlar sadəcə dekorativ element deyil — onlar tozun və səsin qarşısını alır, havanı təmizləyir və şəhər mikroiqlimini tənzimləyir.

Aidiyyəti qurumlar məsuliyyət bölgüsünü bir-birinin üzərinə atmaq əvəzinə, koordinasiyalı şəkildə hərəkət etməlidir- əks halda, asfalt sahələri artacaq, amma yaşıllıq azalacaq.
Ekologiya.az bildirir ki, paytaxt və bölgələrdə bu problemlə bağlı əməkdaşlarımış araşdırma aparır. Bu barədə geniş reportajı oxuculara təqdim edəcəyik!
Ekologiya.az, R.Sultan