
İsrail-ABŞ hücumlarına cavab olaraq atılan İran raketinin Qərbi Qüds yaxınlığındakı Beyt-Şemeşdə bir binaya dəyməsi nəticəsində doqquz israilli həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb.
İsrail ordusu əraziyə axtarış-xilasetmə qruplarının, çoxsaylı tibb işçilərinin və yaralıların təxliyəsi üçün helikopterlərin göndərildiyini açıqlayıb.
Daşqın HəsənovMissiya.Az