RU

Keçmiş təhsil nazirinin əmlakı müsadirə olunacaq

ain.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanın keçmiş təhsil naziri Levon Mkrtçyandan təxminən 1,2 milyard dram dəyərində 35 daşınan və daşınmaz əmlakın müsadirə edilməsini tələb edilib.

Modern.az Ermənistan Prokurorluğuna istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Prokurorluğun qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi ilə bağlı iddiasını qəbul edib.

İddia çərçivəsində Prokurorluq Mkrtçyandan qanunsuz əldə edilmiş 26 əmlakın, yeddi nəqliyyat vasitəsinin, beş hüquqi şəxsin səhm payının və qalan 893,5 milyon dramın müsadirə edilməsini tələb edir.

Bundan əlavə, idarə mənşəyi qanuni gəlirlə təsdiqlənməmiş 276,1 milyon dramın geri qaytarılmasında israr edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
modern.az

1Источники