RU

Çin Böyük Britaniyanı səhvlərini dərhal düzəltməyə çağırıb

Çinin Kommersiya Nazirliyi Böyük Britaniyanın Çin şirkətlərini də əhatə edən sonuncu Rusiya sanksiyalarına cavab olaraq bildirib ki, Çin heç bir beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən həmin birtərəfli sanksiyaları qətiyyətlə pisləyir və rədd edir.

AZƏRTAC xəbər verir ki, nazirliyin internet səhifəsində yerləşdirilən açıqlamaya görə, Böyük Britaniya dəfələrlə Rusiya ilə əlaqəli məsələlərlə bağlı Çin şirkətlərini sanksiya siyahısına daxil edib və Çin bu birtərəfli tədbirlərə qəti şəkildə qarşı çıxır. Qeyd olunub ki, Ukrayna böhranı məsələsində Çin müvafiq qanun və qaydalara uyğun olaraq ikili təyinatlı məhsulların ixracını ciddi şəkildə nəzarətdə saxlayır. Çin və Rusiya şirkətləri arasında normal mübadilə və əməkdaşlığa müdaxilə edilməməlidir.

Çin Böyük Britaniyanı dərhal səhvlərini düzəltməyə və Çin-Böyük Britaniya münasibətlərindəki müsbət impulsu qorumaq üçün müvafiq Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Açıqlamada qeyd olunub ki, rəsmi Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Избранный
4
2
azerbaijan-news.az

3Источники