RU

DİN moped və motosiklet sürücülərinə müraciət edib - VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsi ölüm və ya xəsarətlə nəticələnir. Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.

Day.Az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin moped və motosiklet sürücülərinə müraciətində qeyd olunub.

Bildirilib ki, müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib:

 

"Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti iştirakçılarına mənfi nümunə olurlar. Belə hərəkətləri ilə həm özləri qəzanın qurbanına çevrilir, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün real təhlükə yaradırlar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edir ki, qayda pozuntuları ilə deyil, yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə olsunlar", - müraciətdə bildirilir.

Избранный
19
9
day.az

10Источники