Bakı. Trend:
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xariciişlər naziri Yermek Koşerbayev arasında telefon danışığıaparılıb.
Xairic İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığızamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirəolunub.
Bildirilib ki, nazirlər son hərbi eskalasiyadan dərinnarahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsininregional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığınıvurğulayıblar.
Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatikmissiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığıngücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstəkistiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağınıbildiriblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.