Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” matçında (3:3) mövsümün yeni azarkeş rekordu qeydə alınıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü tribunalardan 10361 tamaşaçı izləyib. Bu da mövsümün ən yaxşı nəticəsidir.
Buna qədər mövsümün azarkeş rekordu 12-ci turun “Sumqayıt” - “Qarabağ” (2:4) matçında qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləyib.