RU

BƏƏ İran səfirinə etiraz notası təqdim ETDİ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İranın BƏƏ-dəki səfiri Rza Amerini etiraz notası təqdim etmək üçün çağırıb.

Redaktor.az xəbər verir ki, nazirlik İranın hücumlarını pisləyib və ərazisinə edilən hücumun suverenliyin kobud şəkildə pozulması, milli təhlükəsizliyə təhdid və bütün beynəlxalq konvensiyaların, qətnamələrin və normaların açıq şəkildə pozulması olduğunu vurğulayıb.

BƏƏ-nin dövlət naziri Şahin Əl-Mərar bildirib ki, BƏƏ İran hökumətinin yaşayış məntəqələri, hava limanları, limanlar və xidmət obyektləri də daxil olmaqla mülki hədəfləri hədəf alan hərəkətlərinə dair təqdim etdiyi hər hansı əsaslandırmanı qəti şəkildə rədd edir.

Bəyanatda deyilir: “Bu ciddi və məsuliyyətsiz eskalasiya BƏƏ-nin öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadəyə icazə verməyəcəyinə dair açıq mövqeyini nəzərə almır”.

Aminə ŞAHSUVARQIZI

Избранный
39
redaktor.az

1Источники