RU

Portuqaliya millisi “Neftçi”nin məkanında oynayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi oyunun vaxtı və yeri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, B qrupunun 6-cı turu çərçivəsində təşkil olunacaq görüş martın 27-də Bakıdakı “Palms Sports Arena”da - “Neftçi”nin məkanında keçiriləcək.

Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək. Millimiz martın 31-də isə Bolqarıstan yığmasının qonağı olacaq.

U-21 komandamız 5 turdan sonra 5 xalla 5-ci pillədə qərarlaşır.

Избранный
13
sportinfo.az

1Источники