ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakı metropolitenində xətlərin ayrılması ilə bağlı metronun "28 May" stansiyası ətrafında yerləşən "Şaxta 1" və "Şaxta 2" sahələrində qazıntı işləri tam başa çatdırılıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarəedilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, artıq mövcud tunellərə birləşdirici keçid tunelləri inşa olunub və hazırda yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi davam edir:
"Bakı metrosunda xətlərin ayrılması ilə bağlı paralel şəkildə iki əsas layihə icra olunur. Bunlardan biri Dərnəgül deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə ayrılma layihəsi çərçivəsində yeni tunellərin inşasıdır.
"Yaşıl xətt"in müstəqil fəaliyyəti üçün depo vacib infrastruktur hesab olunur və ikinci fazanın yekunlaşması yeni tunellərin qazılmasına start verilməsinə imkan yaradacaq.
Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərəfindən avtomobil və piyada tunellərinin tikintisi davam etdirilir. Metro rəhbərliyi layihənin metro üçün zəruri hissəsinin tamamlanmasını gözlədiklərini, bundan sonra isə xəttin depo ilə birləşdiriləcəyi və xətlərin ayrılması üzrə əsas tikinti mərhələsinə başlanılacağını diqqətə çatdırıb".
Samir Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.