RU

Cənubi Azərbaycanda iki günə 27 nəfər həlak olub – Təbriz, Marağa və digər şəhərlər zərbələrə məruz qalıb

Cənubi Azərbaycanın Şərqi Azərbaycan vilayətində son iki gün ərzində endirilən hava zərbələri nəticəsində azı 27 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Böhran Vəziyyətlərinin İdarə Olunması İdarəsinin direktoru məlumat yayıb.

Bildirilib ki, hücumlar vilayətin bir neçə şəhər və rayonunu əhatə edib, mülki infrastruktur və yaşayış məntəqələri zərər görüb.

Son 48 saat ərzində Təbriz şəhərinin müxtəlif əraziləri, Sarab şəhərində təcili tibbi yardım stansiyası, eləcə də Marağa və Şəbüstər şəhərləri hücumlara məruz qalıb.

Məlumata görə, İsrail və ABŞ tərəfindən həyata keçirilən zərbələr nəticəsində ümumilikdə 27 nəfər həlak olub. Xüsusilə bazar günü Marağa şəhərinə endirilən hücum zamanı 15 nəfərin öldüyü bildirilir. Yaralıların sayı ilə bağlı isə hələlik dəqiq rəqəmlər açıqlanmayıb.

Rəsmi qurumlar dağıntıların miqyasının müəyyənləşdirilməsi və axtarış-xilasetmə tədbirlərinin davam etdirildiyini qeyd ediblər. Hücumların hədəfi və hərbi obyektlərlə bağlı detallar açıqlanmasa da, zərbələrin bir sıra mülki obyektlərə yaxın ərazilərdə baş verdiyi vurğulanır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, əhali arasında təşvişin artdığı bildirilir. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Sara

NOCOMMENT.az 

Избранный
70
nocomment.az

1Источники