RU

Sloveniyada Xocalı soyqırımı haqqında məlumatlandırma aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Sloveniyanınpaytaxtı Lyublyana şəhərinin mərkəzi küçələrində yerləşən rəqəmsalreklam lövhələrində məlumatlandırma aksiyası keçirilib.

Trend xəbərverir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi, Azərbaycan Türk MədəniyyətiAssosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Rəqəmsal lövhələrdə bəşəriyyətin ən qanlı faciələrindən biriolan Xocalı soyqırımı ilə bağlı tarixi faktları əks etdirənməlumatlar yayımlanıb, amansızcasına qətlə yetirilən günahsızinsanlar dərin hörmətlə yad olunub. Lövhələrdə “Heç bir münaqişəgünahsız insanların həyatına son qoymasın” şüarı yer alıb. Xocalıdainsanlıq əleyhinə törədilən cinayətlər barədə daha geniş bilgi əldəetmək üçün QR kod yerləşdirilib. Maarifləndirici materiallarşəhərin 28 müxtəlif nöqtəsində nümayiş olunub.

Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri TalehQurbanov bildirib ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqınındeyil, bütün bəşəriyyətin ağrısıdır. Bu həqiqətlərin dünyayaçatdırılması, soyqırımı qurbanların xatirəsinin yaşadılması hərkəsin borcudur.

Aksiya şəhər sakinlərinin Xocalı soyqırımı barədə dolğun məlumatəldə etməsinə töhfə verib.

Sloveniyada
Sloveniyada
Sloveniyada
Sloveniyada
Sloveniyada
Избранный
29
1
az.trend.az

2Источники