RU

“Hərə öz mədəniyyətini göstərir" - Musa Qurbanlı

style='margin-bottom:10px;'>

“Maraqlı və gərgin oyun oldu. Bu matçda qələbə qazanmaq bizim üçün vacib idi”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirilən oyun barədə danışarkən deyib.

O, jurnalistlərə açıqlamasında 3:3-lük heç-heçəni belə şərh edib: “Elə alındı ki, matçın gedişində 0:3 hesabı ilə geri düşdük. Bununla belə təslim olmadıq, xarakter göstərdik. Yekunda 1 xal qazandıq. Belə maraqlı oyunlar nə qədər çox olsa, çempionatımız üçün bir o qədər yaxşıdır”. 

“Sizə elə gəlmir ki, matçın sonlarında yaşanan insident tempi öldürdü və “Qarabağ”ın 4-cü qolu vurmasına mane oldu?” sualını Qurbanlı belə cavablandırıb: “Gərginlik olması hardasa normaldır. Belə gərgin oyunda istər-istəməz futbolçular da, məşqçilər də, texniki heyətdə olanlar da emosiyalarını saxlaya bilmirlər. Razıyam ki, həmin insident oyunun tempini öldürdü. Temp düşməsəydi, bu hadisə baş verməsəydi, bəlkə də qələbə qolunu da vura bilərdik”. 

Forvard “Sabah”ın məşqçisi Valerio Zuddasın “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsinə də toxunub: “Hərə öz mədəniyyətini göstərir. Təbii ki, belə halın yaşanması xoş deyil. Oyunun gərginliyi hamıya təsir edir. Lakin bu cür hallar yaşanmasa, daha yaxşıdır”. 

Qurbanlı komandasının çempionluq uğrunda sona qədər vuruşacağını söyləyib: “Bu oyundan sonra xal fərqi dəyişmədi. Hələ heç nə itirilməyib. Qarşıda çox oyun var. Maksimum çalışacağıq ki, bütün oyunlarda qələbə qazanaq və xal itirməyək. Təbii ki, şansımız bitməyib. Kifayət qədər şans var. Son tura qədər vuruşacağıq”.

24 yaşlı öz çıxışından da danışıb: “Sonradan meydana daxil olub, qol vurdum. Çalışıram komandaya fayda verim. Fərqi yoxdur start heyətində yer aldım, ya əvəzetmədən oyuna qoşuldum. Gərgin qrafikimiz var idi. Hamı 100 faiz hazır olmalıdır ki, nəticə qazanaq. Qol vursam da, üzərimdə işləməli olduğum məqamlar çoxdur”. 

Sonda o, stadiondakı ab-havanı dəyərləndirib: “Atmosfer möhtəşəm idi. Azarkeşlərə minnətdaram. Kaş hər oyunda stadionda bu cür atmosfer olardı”.

Избранный
16
teleqraf.com

1Источники