RU

Moskvada tanınmış iş adamı Cəbrayılovun cəsədi tapılıb


Moskvada tanınmış iş adamı və Çeçenistanı Federasiya Şurasında təmsil etmiş sabiq senator Umar Cəbrayılov cəsədi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtdakı mənzillərdən birində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Cəbrayılov mənzilində ölü vəziyyətdə aşkar edilib. Daha sonra o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
REN TV və RT mənbələrinin məlumatına əsasən, hadisə yerində onun yanında tapança tapılıb. İş adamının ölümü yaxın ətrafı tərəfindən təsdiqlənib.
1958-ci ildə Qroznıda anadan olan Cəbrayılov 67 yaşında idi. O, 2004–2009-cu illərdə Federasiya Şurasında Çeçenistanı təmsil edib, Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Daha sonra, 2009–2013-cü illərdə Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun müşaviri olub. 2015-ci ildən etibarən “Avanti” Sahibkarlar Assosiasiyasına rəhbərlik edib.
Избранный
74
yeniavaz.com

1Источники