RU

Martın 3-də yollar buzla örtülə bilər – Xəbərdarlıq

Azərbaycanın rayon və şəhərlərində martın 3-də olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə olunacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yağış ehtimalı var. Gecə və səhər zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1–3° isti, gündüz 6–10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70–75%, gündüz 60–65% təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış və qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1–5° isti, gündüz 9–14° isti, dağlıq ərazilərdə gecə 3–8° şaxta, yüksək dağlıq zonalarda gecə 10–15° şaxta, gündüz isə 0–5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlaya bilər.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 0–5° şaxta, dağlıq ərazilərdə 10° şaxta, gündüz 5–10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam və Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz hava, arabir duman və qərb küləyi gözlənilir. Havanın temperaturu gecə 1–6° şaxta, gündüz 3–8° isti olacaq.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz hava, arabir duman və qərb küləyi müşahidə olunacaq. Gecə temperatur 0–4° isti, dağlıq ərazilərdə 8–10° şaxta, gündüz 5–10° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz hava, arabir duman və qərb küləyi gözlənilir. Temperatur gecə 0–5° isti, gündüz 8–13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı və qar yağışı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7–12° isti, dağlarda gecə 3–8°, yüksək dağlıq ərazilərdə 10–15° şaxta, gündüz isə 0–5° şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz, arabir dumanlı, qərb küləyi ilə müşayiət olunacaq. Temperatur gecə 1–5° isti, gündüz 9–14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz, arabir dumanlı olacaq. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 2–5° isti, gündüz 8–13° isti, dağlarda gecə 0–3° şaxta, gündüz isə 3–8° isti olacaq.


Telegram kanalımız
Избранный
18
8
yenisabah.az

10Источники