RU

İrandan Azərbaycana 312 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. Trend-in məlumatına görə, 28 fevral saat 8:00-dan - 2 mart saat 10-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 312 nəfər təxliyə olunub. Belə ki, 101 Azərbaycan, 76 Çin, 39 Rusiya, 32 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 18 Tacikistan, 6 Birləşmiş Ərəb Əmirlikləri, 4 İordaniya, 3 Qətər vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. Türkiyə, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
1
olaylar.az

10Источники