RU

Həftə ərzində mədəni tədbirlər olacaq

Yazını böyüt
Yazını kiçilt

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Hafta.az xəbər verir ki, martın 2-dən martın 8-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Martın 6-da saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə

Martın 7-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 10-25 manatdır.

Həftə

Martın 8-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.

Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə

Milli Gənc Tamaşaçılar Teatrında:

Martın 7-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası nəzərdə tutulur.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti: 10-15 manat.

Həftə

Martın 8-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.

Biletlərin qiyməti 10 manatdır.

Həftə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Martın 6-da saat 19:00-da Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşası olacaq.

Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə

Martın 7-də saat 19:00-da Ramiz Mirişli, Marat Haqverdiyevin "Amerikalı kürəkən" tamaşası baş tutacaq.

Musiqili komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə

Martın 8-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası oynanılacaq.

Quruluşçu rejissoru Samir Qulamovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Həftə

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Martın 7-də saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klas" tamaşası oynanılacaq.

Quruluşçu rejissor Gümrah Ömərdir.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə

Martın 8-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə

Heydər Əliyev Sarayında:

Martın 3-də saat 19:00-da "Nəsimi" operası planlaşdırılıb.

Biletlərin qiyməti: 15-45 manat.

Həftə

Martın 5-də saat 20:00-da "Yalnız mədəniyyət" musiqili tamaşası olacaq.

Biletlərin qiyməti: 25-125 manat.

Həftə

Martın 8-də saat 20:30-da Əməkdar artist Könül Kərimovanın konserti nəzərdə tutulur.

Biletlərin qiyməti: 35-160 manat.

Həftə

Azərbaycan Dövlət Akademik Filarmoniyası:

Martın 4-də saat 19:00-da Xalq artisti, muğam sənətinin dərin bilicisi Hacıbaba Hüseynovun zəngin yaradıcılığına həsr olunan "Nadir muğam ifaçıları" layihəsi təqdim olunacaq.

Biletlərin qiyməti: 5-35 manat.

Həftə

Martın 6-da saat 19:00-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.

Biletlərin qiyməti: 4-20 manat.

Həftə

Martın 7-də saat 19:00-da Moris Ravel 150 - Nadir Klassik Musiqi axşamı.

Biletlərin qiyməti: 5-35 manat.

Həftə

Избранный
70
hafta.az

1Источники