Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Hafta.az xəbər verir ki, martın 2-dən martın 8-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Martın 6-da saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-20 manatdır.

Martın 7-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Martın 8-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Milli Gənc Tamaşaçılar Teatrında:
Martın 7-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası nəzərdə tutulur.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Martın 8-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
Biletlərin qiyməti 10 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Martın 6-da saat 19:00-da Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşası olacaq.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir.
Biletlərin qiyməti: 8-15 manat.

Martın 7-də saat 19:00-da Ramiz Mirişli, Marat Haqverdiyevin "Amerikalı kürəkən" tamaşası baş tutacaq.
Musiqili komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Biletlərin qiyməti: 8-15 manat.

Martın 8-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası oynanılacaq.
Quruluşçu rejissoru Samir Qulamovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Martın 7-də saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klas" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Gümrah Ömərdir.
Biletlərin qiyməti: 5-15 manat.

Martın 8-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayında:
Martın 3-də saat 19:00-da "Nəsimi" operası planlaşdırılıb.
Biletlərin qiyməti: 15-45 manat.

Martın 5-də saat 20:00-da "Yalnız mədəniyyət" musiqili tamaşası olacaq.
Biletlərin qiyməti: 25-125 manat.

Martın 8-də saat 20:30-da Əməkdar artist Könül Kərimovanın konserti nəzərdə tutulur.
Biletlərin qiyməti: 35-160 manat.

Azərbaycan Dövlət Akademik Filarmoniyası:
Martın 4-də saat 19:00-da Xalq artisti, muğam sənətinin dərin bilicisi Hacıbaba Hüseynovun zəngin yaradıcılığına həsr olunan "Nadir muğam ifaçıları" layihəsi təqdim olunacaq.
Biletlərin qiyməti: 5-35 manat.

Martın 6-da saat 19:00-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.
Biletlərin qiyməti: 4-20 manat.

Martın 7-də saat 19:00-da Moris Ravel 150 - Nadir Klassik Musiqi axşamı.
Biletlərin qiyməti: 5-35 manat.
