RU

Təhsildən sərvətə: erməni nazirin əmlak siyahısı şok etdi

Ermənistanda keçmiş yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya iddiaları yenidən gündəmə gəlib və məsələ məhkəmə müstəvisinə daşınıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı növbəti iddiası Antikorrupsiya Məhkəməsinin icraatına qəbul edilib.

Baş Prokurorluq sabiq təhsil naziri Levon Mkrtçyan və onunla əlaqəli şəxslərdən aşağıdakı əmlakların müsadirəsini tələb edib:

  • 26 ədəd daşınmaz əmlak,
  • 7 ədəd nəqliyyat vasitəsi,
  • 893 milyon 449 min dram (təxminən 2 milyon 200 min ABŞ dolları) məbləğində qanunsuz pul vəsaitinin qalığı,
  • 276 milyon 106 min dram (təxminən 735 min ABŞ dolları) məbləğində qanuni gəlirlə əsaslandırılmayan və qanunsuz mənşəli hesab edilən vəsait və digər aktivlər.

Məhkəmə iddianı icraata qəbul edib və işə baxılması gözlənilir.

Musavat.com

Избранный
77
musavat.com

1Источники