Rusiyanın Novorossiysk şəhərində Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan edilib.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev jurnalistlərə müsahibəsində məlumat verib:
"Bütün gecə bizim hərbçilərimiz Ukrayna PUA-larının (Pilotsuz Uçuş Aparatı - dron) kütləvi hücumunu dəf edib. Ən ağır zərbə Novorossiyskə dəyib və orada fövqəladə vəziyyət rejimi elan edilib. Şəhər meri Andrey Kravçenko duruma dair operativ xəbər verir".