RU

Qiymətlərin dəyişmə riski olduğundan insanlar bu sahəyə investisiya qoymaqdan çəkinirlər Rəy

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycanda insanların investisiya etmək üçün əsas iki sahə var - daşınmaz əmlak və qızıl. Qızılın qiyməti son zamanlar kəskin bahalaşıb və qiymətlərin dəyişmə riski olduğundan insanlar bu sahəyə investisiya qoymaqdan çəkinirlər. Ölkədə digər investisiya alətləri olmadığından insanlar daşınmaz əmlaka yatırım edir. Nəticədə, xüsusən Bakı şəhərində mənzil qiymətləri həddindən artıq bahalaşır".

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, paytaxtda mənzil qiymətləri anormal səviyyədədir və bunu iqtisadi məntiqlə izah etmək mümkün deyil:

"Azərbaycanda əhalinin sayına və iqtisadi potensiala baxsaq, görərik ki, Bakıdakı bəzi mənzillərin qiyməti Avropanın bəzi şəhərlərindəki qiymətlərdən daha bahadır. İnsanlar daşınmaz əmlakı hələ gəlir gətirən bir investisiya kimi gördüklərindən bu bazara yönəlirlər. Mən əminəm ki, Azərbaycanda digər investisiya alətləri – qiymətli kağızlar, səhm bazarı, dövlət və şirkət borc kağızlarının faiz nisbətində dövriyyəsi formalaşsa, daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər. Bu, qiymətlərin müəyyən dərəcədə azalmasına səbəb olar. Hazırda daşınmaz əmlak bazarındakı qiymətlər tələb-təklif qanununa görə deyil, insanların investisiyalarını qorumaq istəyi ilə müəyyənləşir".

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
525.az

1Источники