RU

Dünyada ən nadir pişik cinsi

Lent az saytına istinadən ain.az xəbər verir.

Ev heyvanı sahibləri regdol, meyn-kun, fars, amerikan qısa tüklü və digər müxtəlif pişik cinslərini yaxşı tanıyırlar. Lakin dünyada “ən nadir” hesab edilən bir xüsusi cins də var. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 1960-cı illərdə yetişdirilmiş Amerika qısa tüklü pişiyindən gedir. Bu cinsdə quyruğun inkişafına təsir edən genetik mutasiya mövcuddur və məhz buna görə onların quyruğu qısadır. Amerika qısa tüklü pişiklərinin vəhşi əcdadları olsa da, davranışları tamamilə ev pişiyinə xasdır.

Qeyd olunur ki, bu cins çox mehribandır və xarakterinə görə tez-tez itlərlə müqayisə edilir. Hətta onları “pişiklər aləminin qızıl retriverləri” adlandırırlar.

Bu şirin pişiklərin uzun və möhkəm bədəni olur və adətən qalın, qısa və ya orta uzunluqda tüklərə malikdirlər. Tük rəngi boz, narıncı, qəhvəyi tabi, mavi və krem çalarlarında ola bilər. Onların ən diqqətçəkən xüsusiyyəti isə xarakterik quyruqlarıdır bu quyruq adi pişik quyruğunun uzunluğunun təxminən üçdə biri ilə yarısı arasında olur və adətən düz olur, lakin əyilmiş və ya düyünlü formada da ola bilər.

Bu cins həmçinin çox aktiv sayılır və oynamağı, tullanmağı, dırmaşmağı, hətta sahibləri ilə birlikdə kəmər (ip) ilə gəzməyi sevir. Bu pişiklər böyüdükdə təxminən 25-35 santimetr hündürlüyə çatır və yetkin yaşda 3-8 kiloqram çəkiyə malik olurlar. Onların orta ömür müddəti əsasən 12-15 il təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
43
lent.az

10Источники