RU

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman təyin edilib.

"Cebheinfo.az" xəbər verir ki, səfir bu barədə X hesabında paylaşım edib.

“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”,-deyə səfir əlavə edib.

Qeyd edək ki, yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.

"Cebheinfo.az"

Избранный
19
22
cebheinfo.az

10Источники