RU

KAFKASSAM sədri: Türkiyə neytral vasitəçi kimi bölgədə sabitliyi qorumağa çalışır

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bölgədə artan gərginlik artıq yalnız qonşu ölkələri deyil, həm də qlobal iqtisadiyyat və təhlükəsizlik sistemlərini təsir edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib.

“Hörmüz boğazı və Yaxın Şərqdəki enerji xətləri dünya bazarı üçün həyati əhəmiyyət daşıyır. Münaqişə qiymətlərin qalxmasına və inflyasiyaya səbəb ola bilər. Eyni zamanda, münaqişələr dəniz ticarətini çətinləşdirir, xərcləri artırır və çatdırılma müddətlərini uzadır”, – deyə politoloq qeyd edib.

O, hesab edir ki, bölgədəki gərginlik qaçqın axınına da səbəb ola bilər:

“Türkiyə artıq çox sayda qaçqına ev sahibliyi edir, bu isə sosial və iqtisadi təzyiq yaradır. Türkiyə sərhəd və hava məkanında tədbirlər görərək riskləri azaldır və ticarət yollarını qoruyur. Ölkə neytral və vasitəçi kimi çıxış edərək bölgədəki gərginliyi idarə etməyə çalışır, həm milli təhlükəsizliyi, həm də regional sabitliyi qoruyur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
icma.az

1Источники