RU

Uşaqlara müharibə necə izah olunmalıdır?

Uşaqlara müharibə və terror anlayışlarını izah edərkən həssas və diqqətli olmaq tövsiyə edilir.

 

Pravda.az bildirilir ki, uşaqlara müharibə qəhrəmanlıq və düşmən obrazları üzərindən deyil, insanların yaşadığı çətinliklər, itkilər və sarsıntılar kontekstində izah olunmalıdır. Müharibə romantikləşdirilməməli, onun doğurduğu dağıntılar və mənfi nəticələr ön plana çəkilməlidir.

 

Əgər uşaq müharibə ilə bağlı görüntülərə rast gəlibsə, onu sərt şəkildə qadağan etmək əvəzinə, gördüklərini düzgün anlamağına kömək etmək daha məqsədəuyğundur. Uşağın suallarına yaşına uyğun, sadə və dürüst cavablar verilməlidir.

 

Mütəxəssislər qeyd edirlər ki, qorxu, narahatlıq, yuxu pozuntusu və ya məktəbdən uzaqlaşma kimi əlamətlər müşahidə olunarsa, bu, stres reaksiyası ola bilər və peşəkar dəstəyə ehtiyac yarana bilər. Valideynlərin əsas vəzifəsi uşağa təhlükəsiz mühit yaratmaq, onu dinləmək və problemlərin sülh yolu ilə həll oluna biləcəyini göstərməkdir.

 

Əminə Bayramova

Tarix: 2 Mart 2026, 16:06   
Избранный
110
pravda.az

1Источники