RU

Azərbaycan XİN başçısı küveytli həmkarı ilə bölgədə artan gərginliyi müzakirə edib

Bakı. Trend:

2 mart tarixində Azərbaycan Respublikası xarici işlər naziriCeyhun Bayramov ilə Küveyt Dövlətinin xarici işlər naziri ŞeyxCərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığıaparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığızamanı bölgədə artan gərginlik müzakirə olunub.

Bildirilib ki, nazirlər davam edən hərbi toqquşmalarla bağlıciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regionaltəhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığınıvurğulayıblar.

Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlarprosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsininönəmi diqqətə çatdırılıb.

Nazirlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinəriayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasınınzəruriliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
23
23
az.trend.az

10Источники