RU

Hörmüz boğazından keçən gəmiçilik həcmi 70% AZALDI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Hörmüz boğazından keçən gəmiçilik trafiki 70% azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press"in məlumat yayıb.

"Marine Traffic" gəmiçilik izləmə platforması məlumatlara istinadən bildirir ki, İsrail və ABŞ-nin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri boğazdan keçən gəmilərin sayı 70% azalıb.

Qeyd olunur ki, son üç gündə gəmilər istiqamətlərini dəyişərək geri dönüb, sürətlərini azaldıb və ya marşrutlarını dəyişdirib. İran dünya neft və qaz tədarükünün təxminən 20%-ni daşıyan həyati əhəmiyyətli bu su yolu vasitəsilə gəmilərin keçməsinə icazə verməmək barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, vəziyyət artıq qlobal neft və qaz qiymətlərinin artmasına səbəb olub.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
redaktor.az

2Источники