RU

SOCAR və bp üçüncü ölkədə müxtəlif layihələrdə birgə iştirak edə bilər

Bakı, 2 mart, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb.

Bu xüsusda, “upstream” layihələri, o cümlədən “Azəri-Çıraq-Günəşli” (AÇG) və NAG (Sərbəst Qaz), “Şahdəniz kompressiya”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) və “Şəfəq-Asiman” layihələri üzrə görülən işlər müzakirə olunub.

Tərəflər üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanlarını nəzərdən keçiriblər.

Söhbət zamanı “midstream” və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
11
12
azertag.az

10Источники