RU

İran beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Əraqçi beynəlxalqtəşkilatlara və ölkələrin xarici işlər nazirlərinə ABŞ və İsrailinİrana hərbi hava hücumları ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Trendİran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Məlumata əsasən, İran xarici işlər naziri Seyid Abbas Əraqçi BMTbaş katibi Antonio Quterreşə ünvanladığı məktubda BMT AliKomissarlığı və ölkələrin xarici işlər nazirlərinə ABŞ və İsrailinİrana hərbi hava hücumları və İranın mövqeyini açıqlayıb.

İran xarici işlər naziri bildirib ki, 28 fevral tarixində hərbihava hücumları nəticəsində İranda çoxlu sayda qeyri-hərbiobyektlər, o cümlədən məktəb, xəstəxana, xilasetmə təchizatı vəsairə hədəf alınıb.

“İsrail və ABŞ-nin İrana hücumlarının ilk günündə Hörmüzqanvilayətinin Minab şəhərində qız məktəbinə hücumda 165 şagird həlakolub. Tehran, Qəzvin şəhərlərində çoxlu sayda sivil ölüb. 1 martdaİranın Qırmızı Ayara Cəmiyyətinin binaları, Tehranda 3 xəstəxana,Əhvazda bir xəstəxana, Sərab, Çabahar və Həmədan şəhərlərindətəcili yardım mərkəzləri vurulub. 2 martda Sənəndəc şəhərindəyaşayış massivi vurulub, ölən və yaralananların sayı haqdadəqiqləşdirilməkdədir”, - deyə o bildirib.

İran xarici işlər naziri məktubda BMT, BMT Təhlükəsizlik Şurasıvə başqa beynəlxalq aidiyyəti qurumlardan bu hücumlarla əlaqədarciddi tədbirlərin görülməsini istəyib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Избранный
18
1
az.trend.az

2Источники